İtaliya A Seriyasının ən yaxşı məşqçisi SEÇİLDİ

İtaliya A Seriyasının ən yaxşı məşqçisi SEÇİLDİ

İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

 TEMPİNFO xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Ötən ayın ən yaxşısı “Napoli”nin baş məşqçisi Antonio Konte olub.
55 yaşlı mütəxəssisin komandası İtaliya çempionatında 6 oyuna çıxaraq 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət əldə edib. Hazırda “Napoli” 13 xalla turnir cədvəlinə liderlik edir.

Qeyd edək ki, Antonio Konte bu ilin yayında Neapol təmsilçisinin baş məşqçisi təyin olunub.

 TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37