Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb – VİDEO

Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb – VİDEO

Bir qədər əvvəl “Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

“Report” xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.

Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki məlum deyil.

Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.

Qeyd edək ki, bu gün daha bir sərnişin Metronun “28 May” stansiyasında qatar yoluna düşərək ölüb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37