İranın xarici işlər naziri Livana getdi

İranın xarici işlər naziri Livana getdi

İranın xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti Beyruta gəlib və orada Livan hakimiyyəti ilə danışıqlar aparacaq.

TEMPİNFO xəbər verir ki, bu barədə İran diplomatik xidmətinin rəsmi nümayəndəsi İsmail Bəqayi “X”da məlumat yayıb.

“Beyrut Beynəlxalq Hava Limanına indicə endik. Nümayəndə heyətimiz Livan hakimiyyətinin nümayəndələri ilə görüşəcək”, – diplomat bildirib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37