Ərdoğan Putinə hədiyyə göndərib

Ərdoğan Putinə hədiyyə göndərib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə ad günü münasibətilə hədiyyə göndərib. 

TEMPİNFO “RBK” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov açıqlayıb.

“Türkiyə prezidenti dünənki telefon danışığından əvvəl xüsusi olaraq hədiyyə göndərib”, – deyə Uşakov qeyd edib.

O, hədiyyənin məhz nədən ibarət olduğunu deməsə də, Ərdoğanın Putinə “yaxşı türk hədiyyəsi” göndərdiyini vurğulayıb.

Bununla yanaşı, hədiyyənin dövlət qulluqçuları üçün icazə verilən 3000 rubl çərçivəsində olub-olmamasına dair suala cavab verən Uşakov hədiyyənin dəyərinin bundan bir qədər çox olduğunu bildirib.

Xatırladaq ki, oktyabrın 7-də Putinin 72 yaşı tamam olub. Dünən tərəflər arasında baş tutan telefon danışığı zamanı Ərdoğan rusiyalı həmkarının ad gününü təbrik edib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37