Cennifer Lopez Ben Afflekdən ayrılmasından danışdı

Cennifer Lopez Ben Afflekdən ayrılmasından danışdı

Cennifer Lopez ilk dəfə Ben Afflekdən ayrılmasına münasibət bildirib.

TEMPİNFO xəbər verir ki, o, bu barədə “interviewmagazine” portalına müsahibəsində danışıb.

Müğənni etiraf edib ki, Affleklə sevgi hekayəsinin dağılması onun üçün əsl fəlakət olub. İndi yenidən yaşamağı öyrənməlidir:

“Mən yalnız sevinc və xoşbəxtliyə layiq olduğumu başa düşürəm. Kişi ilə münasibət mənim xarakterimi müəyyən etmir. Mən xoşbəxtliyi başqalarında axtara bilmirəm və istəmirəm, onu öz içimdə tapmalıyam”.

Qeyd edək ki, Afflek Lopezdən boşanmağı gecikdirməyə çalışıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37