“Araz Supermarket”i məhkəməyə verdilər – İşçilərlə qalmaqal

“Araz Supermarket”i məhkəməyə verdilər – İşçilərlə qalmaqal

“Araz Supermarket” MMC məhkəməyə verilib.

Pravda.az-ın xəbərinə görə, mağazalar şəbəkəsi ilə bağlı Ali Məhkəməyə müraciəti vətəndaşlar Bədəlov Həsən (ad şərti) Əbülfəz oğlu və Əhmədov Nazim (ad şərti) Məhəmməd oğlu ediblər.

Mahiyyəti işə bərpa, əməkhaqqı tələbi üzrə mübahisələr olan işlər hakim Vüqar Həsənovun icraatındadır. Proses ayrı-ayrılıqda keçiriləcək.

Vətəndaş Məmmədov Cavad (ad şərti) Ələddin oğlu da məhkəməyə müraciət edib.

O da əmək əmək haqqı tələb edir. İş Nəsimi Rayon Məhkəməsinin hakimi Vüsalə Musayevanın icraatındadır.

Qeyd: “Araz Supermarket” MMC-nin qanuni təmsilçisi Rəşad Arif Oğlu İbrahimovdur. Şirkət “Veysəloğlu Qrup” MMC-yə daxildir. Qrupun qanuni təmsilçisi Aydın Veysəloğlu Talıbovdur.

TEMPİNFO.AZ

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37