Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
- HADİSƏMANŞETSON XƏBƏR
- 06.10.2024 21:06
Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsədli Əsgər Firuz oğlu kəskin ürək və ağciyər çatışmazlığından vəfat edib.
TEMPİNFO xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, hərbi qulluqçu səhhətinin qəfil pisləşməsi səbəbindən tibb müəssisəsinə təxliyə olunub.
O tibb müəssisəsinə təxliyə olunarkən vəfat edib. Faktla bağlı araşdırma aparılır.
TEMPİNFO