Bakıda 5 avtobus marşrutunun hərəkət istiqaməti DƏYİŞDİRİLİR

Bakıda 5 avtobus marşrutunun hərəkət istiqaməti DƏYİŞDİRİLİR

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar oktyabrın 5-dən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

TEMPİNFO xəbər verir ki, məhdudiyyətlə əlaqədar 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37