Çempionlar Liqası: “Qarabağ”ın ilk sınağı

Çempionlar Liqası: “Qarabağ”ın ilk sınağı

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda mübarizəyə başlayır.

TEMPİNFO xəbər verir ki, Çempionlar Liqasına II təsnifat mərhələsindən start verəcək Ağdam klubu ilk oyununu bu gün keçirəcək.

Qurban Qurbanovun yetirmələri “Linkoln”la üz-üzə gələcək. İlk qarşılaşma Cəbəllütariqdə baş tutacaq. Ötən mövsüm bu rəqibə iki dəfə qalib gələn “Qarabağ” cütün taleyini səfərdə həll etməyə çalışacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi
23 iyul
20:00. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan)
Baş hakim:
 İstvan Vad (Macarıstan)
“Europa Point” stadionu

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37