Dövlət Komitəsi media şirkəti ilə 44 minlik müqavilə imzaladı

Dövlət Komitəsi media şirkəti ilə 44 minlik müqavilə imzaladı

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tədbirlərin təşkili ilə bağlı sənəd imzalayıb.

TEMPİNFO-nun məlumatına görə, qurum “Medical Media” MMC ilə müqavilə bağlayıb.

Sənədə əsasən, məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı üzrə 2024-cü il ərzində öhdəlikdə olan tədbirlərin təşkili nəzərdə tutulub.

Dövlət qurumu sözügedən şirkətə 44 min 840 manat ayırıb.

“Medical Media” MMC 2005-ci ilin dekabr ayında dövlət qeydiyyatından keçib və qanuni təmsilçisi Sədi Məmmədov Əbülfət oğludur.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37