Futbolda şərhçi tələb etmək, seksdə şərhçi tələb etməyə bənzəyir – Azər Aydəmir

Futbolda şərhçi tələb etmək, seksdə şərhçi tələb etməyə bənzəyir – Azər Aydəmir

AVRO-2024 futbol matçlarının şərhçiləri barədə mənfi yöndə müzakirələr İctimai TV-nin əməkdaşını hiddətləndirib.

TEMPİNFO xəbər verir ki, telekanalın işçisi, tanınmış aktyor Azər Aydəmir bununla bağlı narazlığını ifadə edib.

“Futbolda şərhçi tələb etmək, seksdə şərhçi tələb etməyə bənzəyir. Ya da mənim futboldan başım çıxmır”, – o bildirib.

Bundan öncə A.Aydəmir oxşar status paylaşıb: “AVRO-2024 şərhçiləri əladır. Yasa Rozaxan tutmamısınız. Liberal damarınızı başqa yerdə göstərin. Əgər göstərə bilirsinizsə. İki kanal var idi, bir də televizora təpik. Nə tez böyüdük?”.

Qeyd edək ki, son günlər İTV kanalında yayımlanan futbol matçlarının şərhçilərinin çıxışı birmənalı qarşılanmır. Bəzi insanlar yerli aparıcıları bəyənsə də, bəziləri xarici telekanalları üstün tutur. Bunun fonunda isə ölkə daxilində AVRO-2024-ü yayımlayan başqa telekanalların fəaliyyətinin məhdudlaşdırılması narazlıq doğurub.

Həmçinin oxu:

“Bir az ədalətli olaq! Ana dilimizdə futbola baxmaqdan zövq almaq lazımdır”

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37