Göyərtəsində 14 azərbaycanlı olan gəmi Don çayında saya oturdu

Göyərtəsində 14 azərbaycanlı olan gəmi Don çayında saya oturdu

Rostov vilayətinin Azov rayonundan Türkiyənin Samsun limanına üzən gəmi Don çayında saya oturub.

TEMPİNFO xəbər verir ki, bu haqda Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

“Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında olan “Florica” gəmisinin saya oturması ilə bağlı məlumat daxil olub. Gəminin göyərtəsində Azərbaycandan olan 14 ekipaj üzvü var”, – məlumatda qeyd olunub.

Bildirilib ki, gəmidə xəsarət alan olmayıb və naviqasiya pozulmayıb. Oraya kömək üçün iki yedək gəmisi göndərilib.

Qeyd edək ki, Vanuatu Melaneziyada bir dövlətdir. Sakit Okeanın cənub-qərbində yerləşir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37