Gülay Zeynallı: “Marketə gedib bazarlıq edən adamam”

Gülay Zeynallı: “Marketə gedib bazarlıq edən adamam”

Müğənni Gülay Zeynallı açıqlamaları ilə diqqət çəkib.

TEMPİNFO xəbər veri ki, Gülay “Primetime”a müsahibəsi zamanı maraqlı fikirlər səsləndirib. G. Zeynallı ifaçı kimi kompleksinin olmadığını bildirib:

“Mən komplekssiz insanam. Mən marketə gedib bazarlıq edib çıxan adamam. Tək-tük sənətçi marketə gedir. Makiyajsız, eynəksiz… Evimə lazım olan çox şeyi marketdən özüm alıram. Qızımla gedirik, arabanı götürüb ana-bala bazarlıq edib çıxırıq”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37