HƏMAS Haniyənin qisasını alacağına and içdi

HƏMAS Haniyənin qisasını alacağına and içdi

HƏMAS İsmayıl Haniyənin ölümü ilə bağlı yazılı açıqlama verib və onun qisasının alınacağını deyib.

Bu barədə TEMPİNFO “Haber Global”a istinadən bildirir.

“Haniyə Tehranda sionistlərin hücumu nəticəsində öldürüldü. HƏMAS liderinin öldürülməsi qorxaq hərəkətdir və cəzasız qalmayacaq”, – deyə HƏMAS açıqlamasında qeyd edib.

“Haniyəyə qarşı sui-qəsd böyük bir eskalasiyadır, lakin onlar məqsədlərinə çatmayacaqlar. Qüdsü xilas etmək üçün açıq müharibə aparırıq və istənilən əvəzi ödəməyə hazırıq”, – deyə HƏMAS rəsmisi Sami Əbu Zuhri bildirib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37