İsrailin Dəməşqə aviazərbələri zamanı SEPAH-ın Suriyadakı hərbi müşaviri ölüb

İsrailin Dəməşqə aviazərbələri zamanı SEPAH-ın Suriyadakı hərbi müşaviri ölüb

İsrailin Dəməşqə hava hücumları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı hərbi müşaviri Məcid Divani həlak olub.

“Azad İran” “Telegram” kanalı bu barədə İranın hökumət mediasına istinadla xəbər verib.

Bildirilir ki, SEPAH zabiti üç gün öncə İsrailin hücumları zamanı ağır yaralanıb və aldığı xəsarətlər nəticəsində bu gün dünyasını dəyişib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37