Kapitan klubdan qalmaqallı ayrılıbmış – Futbolçu sədrlə dalaşıb
- İDMANSON XƏBƏR
- 06.06.2024 10:56
Dünən Ağabala Ramazanovla da vidalaşan “Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.
TEMPİNFO xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Adil Nağıyevlə müqavilənin müddəti başa çatıb. Onunla yeni sözləşmə imzalanmayıb.
Adil Nağıyev 2019-cu ildən “dənizçilər”in uğurları üçün çalışıb. Onun gedişinin səbəbi mübahisədir.
Sportinfo.az yazır ki, Premyer Liqanın axırıncı turunda keçirilən “Zirə” ilə səfər matçından sonra paltardəyişmə otağında gərgin anlar yaşanıb.
Klubun İdarə Heyətinin sədri Rauf Vəliyev 0:1 hesablı məğlubiyyətin təsiri altında komanda üzvləri ilə görüşüb, məşqçi korpusunun və futbolçuların ünvanına sərt ifadələr işlədib.
O, Nağıyevin adını çəkib, zəif mövsüm keçirdiyini, kollektivə çox ziyan vurduğunu iddia eləyib. Kapitan bu iradla razılaşmayıb, cavab haqqından istifadə etməkdən çəkinməyib.
Baş məşqçi Şahin Diniyev isə rəhbərin tərəfini saxlayıb, bir çox oyunçunun ümidlərini doğrultmadığını, komandanı çətin vəziyyətə saldığını bildirib.
TEMPİNFO