Məkkədə iki azərbaycanlı zəvvar xəsarət alıb

Məkkədə iki azərbaycanlı zəvvar xəsarət alıb

Həcc ziyarətində olan həmyerlilərimiz xəsarət alıblar.

TEMPİNFO-nun məlumatına görə, hadisə bu gün Məkkədə olan hotellərdən birində liftin şaxtaya düşməsi nəticəsində baş verib.

Nəticədə azərbaycanlı iki zəvvar qadın xəsarət alıb. Məlumata görə, onlara ilkin tibbi yardım göstərilib, səhhətlərində ciddi problem yoxdur.

Xatırladaq ki, Azərbaycandan ümumilikdə 1 500 azərbaycanlı zəvvar iyunun 10-dək Məkkəyə çatıb. Həmyerlilərimiz iyulun 2-dək ölkəyə qayıdacaqlar.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37