Ölkə.Az 10 yaşında

Ölkə.Az 10 yaşında

Ölkə.Az xəbər saytı 10 illik yubileyini qeyd edir. 2014-cü ildə qurulan bu platforma sürətlə genişlənərək Azərbaycanın aparıcı xəbər mənbələrindən birinə çevrilib. Gündəlik xəbərlər, təhlillər, müsahibələr və reportajlarla oxucularını məlumatlandıran Ölkə.Az etibarlı və obyektiv informasiya təmin etmək missiyasını uğurla yerinə yetirir.

10 il ərzində Ölkə.Az xəbər saytı jurnalistikada peşəkarlıq və obyektivlik prinsiplərini rəhbər tutaraq, oxucularının etimadını qazanıb.

TEMPİNFO həmkarlarımızı əlamətdar tarix münasibətilə təbrik edir!

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37