Pakistan qırıcıları Prezidentin təyyarəsini müşayiət etdi – Video

Pakistan qırıcıları Prezidentin təyyarəsini müşayiət etdi – Video

Prezident İlham Əliyev bu gün Pakistana işgüzar səfərə yollanıb.

TEMPİNFO xəbər verir ki, Pakistanın hava məkanında Prezidentin təyyarəsini ölkənin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri müşayiət edib.

Bu barədə məlumatı isə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “X” hesabında paylaşıb.

Qeyd edək ki, Pakistan mediası İlham Əliyevin iyulun 11-12-də Pakistanda səfərdə olacağını yazıb.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37