Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı

Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 128 müşahidəçi qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, indiyə qədər 128 müşahidəçi qeydə alınıb.

“Onlardan 125-i Yeni Azərbaycan Partiyasının müşahidəçiləridir, 3 nəfər isə öz təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçiblər”.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37