Polis Göyçayda əməliyyat keçirdi – Saxlanılanlar var

Polis Göyçayda əməliyyat keçirdi – Saxlanılanlar var

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də məhkum olunmuş  Fərid Babayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan TEMPİNFO-ya verilən məlumata görə, ona məxsus fermadan kultivasiya edərək yetişdirdiyi çətənə kolları, marixuana və tüfəng aşkar edilib.

Keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Həmin şəxslərdən heroin, marixuana və metamfetamin aşkarlanıb.

Saxlanılan şəxslərdən biri olan Fərid Qəribovun rayon ərazisində avtomobil qaçırdığı da müəyyən olunub.

Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37