Putin Pezeşkianla telefon danışığı APARDI

Putin Pezeşkianla telefon danışığı APARDI

Rusiya prezidenti Vladimir Putin İranın yeni seçilən lideri Məsud Pezeşkianla telefon danışığı aparıb.

TEMPİNFO xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin Pezeşkianı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Liderlər 2024-cü ildə şəxsi təmaslar barədə razılığa gəliblər.

“Hər iki tərəf əldə olunmuş yüksək səviyyədə mehriban qonşuluq Rusiya-İran münasibətlərindən məmnunluq ifadə edib və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxından işləməyə hazır olduqlarını təsdiqləyiblər”, – Kremlin mətbuat xidmətindən bildirilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37