“Qarabağ”a 2 qol vuran futbolçu həftənin ən yaxşısı adına namizəddir
- İDMANSON XƏBƏR
- 04.10.2024 13:42
Avropa Liqasında Liqa mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
TEMPİNFO xəbər verir ki, bunlar Duşan Tadiç (“Fənərbaxça”), Teo Leoni (“Anderlext”), Aleksandr Lyakazett (“Lion”) və Erik Botheymdir (“Malmö”).
Botheym “Qarabağ”la ötən gün keçirilən matçda dubla imza atıb. Onun qolları İsveç təmsilçisinə qələbə qazandırıb – 1:2.
Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
TEMPİNFO