Xanımı Sabir Rüstəmxanlının deputat olduğu dairəni seçdi

Xanımı Sabir Rüstəmxanlının deputat olduğu dairəni seçdi

Azərbaycan-Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri, VHP sədrinin müşaviri Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi irəli sürülüb.

TEMPİNFO xəbər verir ki, bu barədə Yenisabah.az-a VHP Mərkəzi Seçki Qərargahından bildiriblər.

Onun sənədləri artıq 70 saylı Neftçala seçki dairəsinə təqdim edilib.

Qeyd edək ki, 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində bu dairədən Tənzilə Rüstəmxanlının həyat yoldaşı, Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı deputat seçilib.

Bu il MSK tərəfindən aparılan islahatlar nəticəsində, S.Rüstəmxanlının deputat seçildiyi 61 saylı Neftçala seçki dairəsi dəyişdirilərək 70 saylı Neftçala seçki dairəsinə çevrilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37