Xocalıda yarımçıq qalan toyun bu gün davamı oldu – Foto

Xocalıda yarımçıq qalan toyun bu gün davamı oldu – Foto

Xocalıda 32 il əvvəl atışmaya görə yarımçıq saxlanılan toy mərasiminin dünən davamı baş tutub.

TEMPİNFO xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlum olub ki, 1992-ci il yanvarın 18-də toyu yarımçıq qalan Vasif Qafarovun təkrar toyu olub.

Qeyd edək ki, 32 il öncəki məclis Xocalıda sonuncu toy kimi tarixə düşüb.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37