Yasamalda bu qanunsuz tikili söküldü – FOTO
- CƏMİYYƏTSON XƏBƏR
- 24.07.2024 17:01
Bakıda qeyri-yaşayış binasının ön hissəsində qanunsuz artırma işləri aparılıb.
Yasamal rayonu, Şərifzadə küçəsi, 2 ünvanındakı metal konstruksiyadan icazəsiz artırmanın sahəsi təqribən 30 kv. m təşkil edib.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi məsələ ilə bağlı açıqlama verib. Qurum keçirilən monitorinq zamanı icazəsiz artırma işlərinin aparılması faktının aşkar edilyini bildirib:
“Baş İdarə tərəfindən aidiyyəti qurumlara məlumat verilərək, qanunsuz tikilinin sökülməsi təmin edilib”, – deyə açıqlamada qeyd olunub. /ölkə.az
TEMPİNFO