Zelenskini “Prezident Putin” adlandırdı – Video

Zelenskini “Prezident Putin” adlandırdı – Video

ABŞ Prezidenti Co Bayden səhvən Ukrayna lideri Volodimir Zelenskini “Prezident Putin” kimi təqdim edib.

TEMPİNFO xarici mediaya istinadən xəbər verir ki, Bayden Vaşinqtonda NATO sammiti çərçivəsində Zelenskini səhnəyə dəvət edərkən bu səhvə yol verib:

“İndi sözü qərarlı olduğu qədər cəsur da olan Ukrayna Prezidentinə vermək istəyirəm. Cənablar və xanımlar, Prezident Putin”.

Səhvini dərhal anlayan ABŞ lideri bunu “fikrini Putin üzərində qələbəyə həddindən artıq yönəltməsi” ilə izah edib.

Zelenski isə öz növbəsində Putin adlandırılmasına “Mən daha yaxşıyam” deyərək cavab verib.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37