“Zirə” “Şerif”lə üz-üzə

“Zirə” “Şerif”lə üz-üzə

“Zirə” Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

TEMPİNFO xəbər verir ki, Bakı klubu Moldova təmsilçisi “Şerif”i qəbul edəcək.

Bu, Azərbaycan komandalarının 2024/25 mövsümündəki ilk ev sınağı olacaq. Rəşad Sadıqovun yetirmələri Tiraspolda məğlub etdikləri rəqibi mübarizədən kənarlaşdırmağa çalışacaq.

Qeyd edək ki, “Zirə” mərhələ keçsə, “Elfsborq” – “Pafos” cütünün qalibi ilə qarşılaşacaq. Qəsəbə klubu bunu bacarmasa, Konfrans Liqasında “Dunayska Ştreda” ilə üz-üzə gələcək.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
18:00. “Zirə” – “Şerif”
Baş hakim: 
Bulat Sariyev (Qazaxıstan)
“Liv Bona Dea Arena”
İlk oyun – 1:0

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37